Arxiv
Müəllim kadrların peşə hazırlığında gender kompetensiyalarının formalaşdırılmasının nəzəri-təcrübi əsasları
Müəllim kadrların peşə hazırlığında gender kompetensiyalarının formalaşdırılmasının nəzəri-təcrübi əsasları
“Peşə təhsili və insan kapitalı” jurnalı 2026, №2
Məqalə faylını yüklə
PDF
İcmal
Məqalədə müəllimin pedaqoji qabiliyyətləri sırasında yer alması zəruri olan gender kom -petensiyası, onun istiqamətləri və bu amilin təhsilalanların sosiallaşmasında və təlim fəaliy yətlərinin yüksəldilməsində əhəmiyyətli rolu geniş izah edilmişdir. Həmçinin “kompetensiya” an layışının mahiyyəti, dünya təhsil məkanında pedaqoji kadrların hazırlanmasında köhnə və yeni yanaşmalar arasındakı ziddiyyətlər, çatışmazlıqlar, tədris prosesində gender amilinin nəzərə alınmasının pedaqoji-psixoloji təsiri təhlil edilmişdir. Məqalədə qeyd edilir ki, müəllimlərdə gender kompetensiyalarını formalaşdırmaq üçün onların gender anlayışının elmi-pedaqoji əhəmiyyətini dərindən mənimsəmələri vacibdir və bunun üçün onlar həm ünsiyyətdə, həm də fənninin tədrisində gender yanaşmalarını məqsədəuyğun şəkildə tətbiq etməyi, hər iki cinsdən olan təhsilalanlara bərabər imkanlar yaratmağı bacarmalı və dərs prosesində cinslərdən hər hansı birinin diskriminasiyasına yol verilməməsinə çalışmalıdır. Bu məqsədlə də gənc müəllimlərin hazırlanmasında gender kompe tensi yasının bu komponentləri onlara aşılanmalıdır. Onlar gender nəzəriyyəsinin pedaqoji-psixoloji ma hiyyətini, genderin əsas qayəsini təşkil edən ədalət və tolerantlığı, dərsin gedişində gender ba lansını saxlamağı, neytral ünsiyyətdən istifadə etməyi, gender stereotiplərindən uzaq olmağı, öz şəxsi gender identikliyini daha dərindən dərk etməyi bacarmalıdırlar.
Açar sözlər
gender bərabərliyi, müəllimin pedaqoji qabiliyyətləri, gender kompetensiyası, gender identikliyi, gender nəzəriyyəsi.
Müəlliflər
Elza Mollayeva
DOİ: 10.30546/2706-7858.2026.2.3012
Nəşr edilib: 2026-06-04, 20:00
Paylaş: