Arxiv
Maykop sisteminin dövlət idarəçiliyində rolu və rəqəmsal transformasiya perspektivləri
 Maykop sisteminin dövlət idarəçiliyində rolu və rəqəmsal transformasiya perspektivləri
"Peşə təhsili və insan kapitalı" jurnalı 2026, №3
Məqalə faylını yüklə
PDF
İcmal
Məqalədə Azərbaycanda maykop sisteminin dövlət idarəçiliyində rolu və onun rəqəmsal transformasiya şəraitində uyğunlaşma imkanları təhlil edilir. Tədqiqatda ənənəvi idarəetmə modelinin rəqəmsal yanaşmalarla inteqrasiyası fonunda yaranan əsas problemləri və inkişaf perspektivləri ortaya qoyulur. Müəyyən edilir ki, mərkəzləşdirilmiş və iyerarxik idarəetmə sistemi çeviklik baxımından məhduddur, qərar qəbuletmə prosesləri ləngdir və kadr, texnoloji, eləcə də normativ bazada müəyyən boşluqlar mövcuddur. Bu problemlərin həlli üçün rəqəmsal plat formaların geniş tətbiqi, elektron hökumət alətlərinin təkmilləşdirilməsi, süni intellekt və böyük verilənlərdən istifadə, eləcə də insan resurslarının rəqəmsal bacarıqlarının inkişafı vacib hesab olunur. Məqalənin əsas elmi yeniliyi maykop sisteminin inkarı deyil, onun müasir tələblərə uyğun şəkildə “hibrid idarəetmə modeli” çərçivəsində transformasiya potensialının əsaslandırılmasıdır.
Açar sözlər
maykop sistemi, rəqəmsal transformasiya, dövlət idarəçiliyi, elektron hökumət, hibrididaəetmə modeli.
Müəlliflər
Əbdülhüseyn Zamanov
DOİ: 10.30546/2706-7858.2026.09.3.405
Nəşr edilib: 2026-09-09, 20:00
Paylaş: