İcmal
Məqalədə avtoreqressiv paylanmış gecikmələr və xətaların korreksiyası modeli (ARDL–ECM) əsasında peşə hazırlığının insan resurslarının formalaşmasına təsiri təhlil edilmişdir. Tədqiqatın məqsədi peşə təhsilinin genişləndirilməsinin əmək məhsuldarlığına olan təsirini və insan kapitalına yönəldilən investisiyanın həm qısa, həm də uzunmüddətli təsirlərini araşdırmaqdır. 1991-ci ildən 2024-cü ilə qədər olan statistik məlumatlardan istifadə etməklə real ÜDM-in ümumi işçi qüvvəsinə nisbəti kimi ifadə olunan əmək məhsuldarlığı modeldə asılı dəyişən kimi çıxış edir. Müstəqil dəyişənlər kimi peşə təhsili müəssisələrini bitirənlərin ümumi sayı, dövlət büdcəsində təhsil və səhiyyəyə ayrılan xərclər, eləcə də əsas kapitala investisiyanın ümumi məbləği kimi göstəricilərdən istifadə olunmuşdur. Tədqiqat işinə əsasən belə qənaətə gəlinmişdir ki, peşə təhsilinə ayrılan maliyyə vəsaiti həm insan kapitalının keyfiyyətinin, həm də əmək məhsuldarlığının yüksəldilməsinə kömək edir. Əldə olunan nəticələr əmək bazarının dəyişən tələblərinə uyğun olaraq peşə təhsilinin inkişafı, insan kapitalının formalaşdırılması, ixtisaslı kadrların hazırlanmasının təkmilləşdirilməsi istiqamətində dövlət siyasətinin formalaşdırılmasına elmi əsas verir.
Açar sözlər
dövlət büdcəsi, təhsil, peşə hazırlığı, insan kapitalı, əmək məhsuldarlığı əmsalı, ARDL-ECM modeli, investisiya.
DOİ: 10.30546/2706-7858.2026.09.3.337
Nəşr edilib: 2026-09-10, 20:00