Məqalədə yaradıcı öyrənmədə bacarıqların formalaşdırılması, öyrənənlərin yaradıcı fəaliyyətinin təmin edilməsi, dünyagörüşü və tədqiqatçılıq fəaliyyətinin genişləndirilməsi, STEAM sahələrində aparılan işlərin izlənilməsi, araşdırılması və qiymətləndirilməsindən, eləcə də nəticələrin ictimaiyyət və səlahiyyətli orqanlarla bölüşdürülməsi və 4K (kommunikasiya, əməkdaşlıq, kreativlik və tənqidi düşüncə) bacarıqlarının formalaşdırılmasından bəhs edilmişdir. Tənqidi düşüncə insanın öz inancını və başqasının fikirlərini əks etdirməsi və bunlar arasındakı əlaqələri görmək bacarığını tələb etməsidir. Texnoloji inkişafın təbiət fənlərinin tədrisinin əhəmiyyətini daha da artırması, həmçinin müşahidə, təsnifat, ünsiyyət, ölçmə, yekunlaşdırma, nəticəçıxartma kimi bacarıqların əsas götürülməsi və bir-biri ilə əlaqəliliyi məqalədə elmi şəkildə təsbit olunmuşdur.