İcmal
Məqalədə butanol və butanolun müxtəlif yanacaqlarla qarışığının xassələrinin adi benzin, dizel yanacağı və bəzi geniş istifadə olunan bioyanacaqlar – metanol, etanol və biodizelin xassələri ilə müqayisəsi verilmiş, eləcə də alternativ yanacaq kimi spirtlərin aktiv öyrənilməsinin əsas
səbəbləri təhlil edilmişdir. Həmçinin bir qisim təcrübə və ədəbiyyat araşdırmalarına əsasən, butanolun müxtəlif yanacaqlarla qarışığı və bu qarışıqlardan istifadə edilməsinin vacibliyi, aşağıkarbonlu spirtlərin və ya biodizelin yaratdığı çatışmazlıqların aradan qaldırılması məsələlərinə
baxılmış, bu qarışıqların benzin və ya dizel yanacağı üçün hansı üstünlüklərə və mənfi cəhətlərə
malik olmasından bəhs edilmişdir.
Açar sözlər
butanol, bioyanacaq, nəqliyyat vasitələri, alternativ yanacaq, biodizel.
DOİ:
Nəşr edilib: 2024-04-22, 20:00