Arxiv
İxtisas Seçimində Karyera Məsələhəti Xidmətinin Əhəmiyyəti
İxtisas Seçimində Karyera Məsələhəti Xidmətinin Əhəmiyyəti
"Peşə təhsili və insan kapitalı" jurnalı 2024, №1
Məqalə faylını yüklə
PDF
İcmal
Sürətlə inkişaf edən əmək bazarının tələbləri çərçivəsində geniş karyera seçiminin təklif edildiyi bir zamanda düzgün karyera seçimi etmək hər bir şəxsin arzusudur. Bu baxımdan karyera seçimi zamanı əmək bazarının dinamikasının öyrənilməsi, şəxsin daxili potensialının qiy mət lən diril məsi, bu seçimə valideynlərin təsirinin, onun maraq və bacarıqlarının düzgün dəyər ləndirilməsi müstəsna rola malikdir. Şəxsin karyera yolunda özünü müəyyən etməsində ona dəstək olan, istiqamət verən, karyera
seçimində vacib keyfiyyətlərinin aşkarlanmasında peşəkar xidmət hesab edilən kar yera məsləhəti xidmətinin göstərilməsinə ehtiyac vardır. Məqalədə geniş karyera seçiminin mövcud olduğu əmək bazarında karyera məsləhəti xidmətinin aparılmasının əhəmiy yə tindən, şəxs lərin düz gün peşəyə yiyələnmələri üçün onlara bələdçilik edəcək mütəxəssislərin ol masının va cibliyindən danışılır.
Açar sözlər
ixtisas seçimi, karyera məsləhəti, əmək bazarı, abituriyent, məktəbdənkənar fəaliyyət, beynəlxalq təcrübə.
Müəlliflər
Cəmaləddin Quliyev
DOİ:
Nəşr edilib: 2024-04-21, 20:00
Paylaş: