Məqalədə məktəblilərin əmək bazarının tələblərinə uyğun peşə təhsilinə hazırlanmasında müasir yanaşmalar, kurikulum islahatlarının rolu, təhsilin inkişafı, ölkədə əhalinin rifahının yaxşılaşdırılması, peşəkar fəaliyyətlə əlaqədar təhsildə sosial-iqtisadi kompetensiyalara (səriştələrə) xüsusi diqqət yetirilməsinin zəruriliyi təhlil edilir. Bu istiqamətdə müasir təhsilimizdə əmək bazarının tələbatına uyğun sosial və peşəkar mobillik bacarıqları formalaşdırmaq, əmək bazarının tələb və təklifin qarşılaşdığı məkan olması, təhsil almaq imkanları, məşğulluğun təminatı, Azərbaycanda media sahəsində yaradılmış ən son texniki imkanlardan və texnologiyalardan istifadə etməklə mədəniyyət və sənətkarlıq sektorunda xüsusi marka yaratmaq, peşə təhsili sistemində təhsilalanlar üçün inklüziv təhsil sinfinin təşkil olunması kimi məsələlərlə nəzəri və praktiki olaraq nümunəyə müvafiq elmi şəkildə əsaslandırılmışdır.