Müasir dövrdə pedaqoji kolleclərdə pedaqoji fənlərin tədrisinin keyfiyyətinin yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir. Pedaqogika fənninin yeni məzmunu yeni texnologiya, yeni yanaşma və yeni metodların tətbiqini tələb edir. Ənənəvi olaraq tətbiq edilən illüstrasiya materialları (plakat və cədvəllər) fiziki və mənəvi göstəricilərinə görə köhnəlmişdir. Ona görə də bir çox tədris resurslarını əvəz edən müxtəlif kompüter proqramları və təlim üsulları müəllimlərin tədrisə daha maraqlı və qeyri-standart yanaşmalar etməsinə imkan verir. Məqalədə, məhz pedaqoji kolleclərdə pedaqoji fənlərin tədrisində yeni təlim texnologiyalarından istifadənin imkanları nəzərdən keçirilmiş, nümunələr əsasında təqdim edilmişdir.