Mәqalәdә müasir dövrdә logistikanın istehsal vә istehlak nöqtәlәri arasında tәdarük
zәnciri boyu idarә edilmәsinin әn dinamik vә sәy tәlәb edәn әmәliyyat sahәlәrindәn olması qeyd
edilmişdir. Bu prosesdә sifarişin alınması, mәhsulun anbarlanması, işlәnilmәsi, paketlәnmәsi,
daşınmasını özündә birlәşdirәn vә sürәtlә inkişaf edәn beynәlxalq tәdarük zәncirindә paylama vә
çatdırılma әmәliyyatlarının müasir vәziyyәtinin tәdqiqi vә bu sahәdә problemlәrin öyrәnilmәsi
mәsәlәlәri araşdırılmışdır.
Ölkәmizin logistika sektorundakı hәdәfi xarici ölkәlәrlә güclü ticarәt vә logistik әlaqәlәr
yaratmaq, elәcә dә logistik mәrkәzlәr hesabına iqtisadi regionları önәmli logistika vә ticarәt mәr -
kәzinә çevirmәkdir. Mövcud olan üstünlüklәrә dayanaraq, әsas mәqsәd infrastrukturun yaxşı laş -
dırılması vә tәnzimlәyici addımların atılması vasitәsilә regionda Azәrbaycanın logistika sek toruna
xarici vә yerli investisiya qoyuluşları cәhәtdәn әn cәlbedici bölgәyә çevrilmәsidir.