Mәqalәdә lift qapılarının avtomatik açılıb-bağlanma mexanizmlәri tәsnifatlandırılmış,
konstruktiv sxemlәri işlәnilmiş vә müqayisәli tәhlil edilmiş, hәmçinin bu mexanizmlәrin inti -
qallarının növlәri, quruluşu vә iş prinsiplәri izah olunmuşdur. İkitaylı, ikisürәtli lift qapılarının idarә
olunması, açılıb-bağlanması üçün istifadә edilәn sәrt lingli intiqallı mexanizm modernizasiya
edilmiş, onun әvәzinә elastik intiqallı, daha sadә konstruksiyalı, liftlәrin normativ-texniki sәnәd -
lәrindә qoyulan tәhlükәsizlik qaydalarına cavab verәn yeni mexanizmin layihәsi işlәnilmiş vә nümu -
nәvi hesabatı verilmişdir.