Tәsәrrüfat subyektlәrinin maliyyә vәziyyәtinin iqtisadi tәhlili onların fәaliyyәtinin sә -
mәrәliliyini, maliyyә dayanıqlığını vә ida rәetmә qabiliyyәtlәrini qiymәtlәndirmәk üçün mühüm rol
oynayır. Müәssisәnin maliyyә göstәricilәri, xüsusәn dә maliyyә müstәqilliyi vә debitor borclarının
idarә edilmәsi müәssisәnin maliyyә sabitliyini vә uzunmüddәtli daya nıqlılığını tәyin edir. Bu tәhlillәr
müәssisәnin maliyyә resurslarından necә istifadә etdiyini, xarici borclardan nә dәrәcәdә asılı
olduğunu vә pul axınlarının sәmәrәli idarә olunmasını müәyyәn edir. Mәqalәnin mәqsәdi, mәhz
müәssisәlәrin maliyyә müstәqilliyini vә debitor borclarının idarә edilmәsini tәhlil etmәk vә bu gös -
tәricilәrin iqtisadi әhәmiyyәtini dәyәrlәndirmәkdir