Mәqalәdә müasir iqtisadi inkişafda vә rәqabәt üstünlüyünün tәmin olunmasında bi -
liklәrin rolu tәhlil edilmiş, müasir şәraitdә innovativ vә yüksәk texnologiyalı iqtisadiyyatın inkişaf
etdirilmәsinin aktuallığı, innovativ iqtisadiyyatın inkişafı sahәsindә әn mühüm çağırışlardan biri
olan vә belә iqtisadiyyatın әn yüksәk inkişaf mәrhәlәsi kimi çıxış edәn bilik iqtisadiyyatı ilә bağlı
mәsәlәlәr araşdırılmış, habelә innovativ iqtisadi inkişafda innovativ tәhsilin önәmi izah olunmuşdur.
Elәcә dә elm vә biznesin sәmәrәli qarşılıqlı әlaqәsindә müasir rәqәmsal texnologiyaların müstәsna
rolu vurğulanmışdır. Yekunda mәqalә çәrçivәsindә aparılmış tәhlil vә araşdırmalar ümumilәş diri -
lәrәk mövzu ilә bağlı bir sıra digәr tәklif, rәy vә mülahizәlәr ifadә edilmişdir.