Tәhsilin idarә olunmasında innovasiya tәkcә yenilik xatirinә yenilik etmәk deyil, o, tәhsilin
keyfiyyәtinin yüksәldilmәsindә özünü göstәrmәlidir. Tәhsilin idarә olunmasında yenilәnmә elmi әsas -
lara söykәnәn bir prosesdir. Çünki fәaliyyәt prosesindә yeniliklәr tәtbiq olunarkәn elmi-pedaqoji tә -
lәblәr nәzәrә alınmalıdır. Bu baxımdan müvafiq inkişaf proqramlarının hazırlanması vә onların
fәaliyyәt modellәri kimi qәbul edilmәsi mәqsәdәuyğundur. Ona görә dә müasir tәhsil müәssisәlәrinin
inkişaf strategiyası innovasiyalara әsaslanmalıdır. Tәhsil müәssisәlәrinin vә onun idarәetmә heyәtinin
innovasiyalara açıq olması, innovativ inkişaf yolunu tutması onun sürәtlә inkişaf edәn beynәlxalq
tәlәblәrә cavab vermәsi ilә bağlıdır. Yalnız bu halda tәhsil müәssisәlәri rәqa bәtәdavamlı ola bilәrlәr.
Belә tәhsil müәssisәlәri mütәmadi olaraq elm-tәhsil prosesinin mәzmununu, texnologiyasını, ida -
rәetmәsini tәkmillәşdirәrәk inkişaf edirlәr. Tәhsilin keyfiyyәtinin yüksәldilmәsi mәsәlәsini tәdrisdә in -
tellektual texnologiyaların tәtbiqi vasitәsilә hәll etmәk olar. Bu yanaşma tәhsilin mәzmununun
müasirlәşdirilmәsi, tәhsilә әlyetәrliyin genişlәndirilmәsi, tәdris mәşğәlәlәrinin әnәnәvi auditori ya -
lardan virtual auditoriyaya keçirilmәsi, öyrәnәnlәrin müstәqil işinin artırılması, tәdris prosesinin op -
timallaşdırılması imkanlarını yaradacaqdır. İntellektual texnologiyaların tәhsildә tәtbiqi konsep si -
yasının reallaşdırılması üçün bütövlükdә tәhsil sistemindә qlobal dәyişikliklәr vә ilk növbәdә, klassik
universitet modelindәn elektron universitet modelinә keçirilmәsi vacibdir.