Mәqalәdә xüsusi mәktәblәrdә, müәllim, valideyn vә şagird münasibәtlәrinin lazımi sә -
viyyәdә olması tәhsilin keyfiyyәtinә vә yüksәk nәticә әldә edәrәk uğur qazanılması istiqa mәtindә
stimulverici qüvvә olaraq göstәrilir. Hәmçinin müasir dövrdә xüsusi mәktәblәrdә sağlamlıq
imkanları mәhdud uşaqların tәlim-tәdris prosesindә peşәyönümlü fәaliyyәtlәrinin tәşkili vә inkişafı,
belә uşaqların yaşadığımız cәmiyyәtin bәrabәrhüquqlu üzvü kimi özlәrini hiss et mәlәrindә vә
cәmiyyәtә adaptasiya olaraq bir şәxsiyyәt kimi formalaşmasında, mәhz tәhsilin önәmli rolu vur -
ğulanır. Bundan әlavә, mәqalәdә sağlamlıq imkanları mәhdud uşaqların peşә maraqlarının vә
qabiliyyәtlәrinin formalaşması, әmәyә psixoloji cәhәtdәn hazırlığı vә psixoloji dәstәk üçün müxtәlif
formada fәaliyyәtә uyğun diaqnostik testlәrin vә sorğuların ke çirilmәsinin zәruriliyi qeyd edilir.