Arxiv
Yeniyetmələrdə Ailə Dəyərlərinin Formallaşdırılması: Müasir Yanaşmalar və Metodlar
Yeniyetmələrdə Ailə Dəyərlərinin Formallaşdırılması: Müasir Yanaşmalar və Metodlar
"Peşə təhsili və insan kapitalı" jurnalı 2025, №2
Məqalə faylını yüklə
PDF
İcmal
Mәqalәdә yeniyetmәlәrә ailә dәyәrlәrinin aşılanmasında müasir yanaşmaların vә me -
todların әhәmiyyәti araşdırılır. Ailә yeniyetmәlәrin sosial vә psixoloji inkişafında mühüm tәsirә malik
әsas amillәrdәn biridir. Lakin müasir dövrdә ailә dәyәrlәrinin formalaşması yalnız әnәnәvi tәrbiyә
üsulları ilә mәhdudlaşmır. Texnologiyaların sürәtli inkişafı, sosial dәyişikliklәr vә yeni tәhsil ya -
naşmaları bu prosesi әhәmiyyәtli dәrәcәdә tәsirlәndirir. Mәqalәdә hәm yerli, hәm dә beynәlxalq
әdәbiyyatdan nümunәlәr tәqdim edilәrәk müasir texnologiyaların, xüsusәn dә sosial şәbәkәlәrin vә
kütlәvi informasiya vasitәlәrinin yeniyetmәlәrin dәyәrlәrini necә formalaşdırdığı, onların ailә vә sosial
münasibәtlәrә yanaşmalarını necә dәyişdirdiyi müzakirә olunur. Yeniyetmәlәr sosial şәbәkәlәr vә
internet vasitәsilә yeni sosial modellәri öyrәnir vә mәnimsәyirlәr. Ona görә dә ailәnin rolu yalnız
evdәki tәrbiyә ilә kifayәtlәnmәmәli, hәm dә digәr sosial mühitlәr, o cümlәdәn mәktәblәr vә cәmiyyәtin
digәr strukturları da bu prosesә daxil olmalıdır.
Açar sözlər
ailә dәyәrlәri, yeniyetmәlәr, onlayn tәhsil, sosial media, psixoloji dәstәk, ailә mü - nasibәtlәri, gәnclәr.
Müəlliflər
Nәrminә Mirzәliyeva
DOİ: 10.30546/2706-7858.2025.2.098
Nəşr edilib: 2025-06-12, 20:00
Paylaş: