Arxiv
Səhiyyə Müəssisələrində Biotibbi Cihazların Kalibrasiya Prosesinin Təşkilinin Nəzəri və Metodoloji Əsasları
Səhiyyə Müəssisələrində Biotibbi Cihazların Kalibrasiya Prosesinin Təşkilinin Nəzəri və Metodoloji Əsasları
"Peşə təhsili və insan kapitalı" jurnalı 2025, №2
Məqalə faylını yüklə
PDF
İcmal
Biotibbi cihazların düzgün vә etibarlı işlәmәsi xәstә tәhlükәsizliyinin tәmin edilmәsi vә
diaqnostik proseslәrin dәqiqliyi üçün hәlledici әhәmiyyәt kәsb etmәkdәdir. Mәqalәdә kalibrasiyanın
mәqsәdi, önәmi vә cihazların funksional göstәricilәrinin beynәlxalq standartlara uyğunluğunun
tәmin edilmәsi prosesi izah olunur. Hәmçinin kalibrasiya prosesinin texniki aspektlәri, metodik
yanaşmaları, tәşkilati mәrhәlәlәri vә normativ tәlәblәri araşdırılır. Araşdırma çәrçivәsindә biotibbi
cihazların kalibrasiya planlaması, icrası vә nәticәlәrin qiymәtlәndirilmәsi üçün effektiv yanaşmalar
tәqdim edilir. Tәklif olunan metodologiya sәhiyyә müәssisәlәrindә avadanlıqların iş keyfiyyәtini
artırmaq, әmәliyyat xәrclәrini optimallaşdırmaq vә xidmәtin ümumi keyfiyyәtini yüksәltmәk mәqsәdi
ilә praktiki tәtbiq imkanları yaradır. Mәqalәdә, elәcә dә 1996-2000-ci illәr arasında ümumi key -
fiyyәtin idarә edilmәsi fәaliyyәtlәrini hәyata keçirәn vә ISO9001 Keyfiyyәt Tәminat Sisteminә malik
sәhiyyә müәssisәsi tәrәfindәn hәyata keçirilәn kalibrlәmә prosesi araşdırılır. Sәhiyyә müәssisәsindә
sәhiyyә ilә dolayı vә ya bilavasitә әlaqәli olan bütün biotibbi cihazların dövri kalibrlәnmәsi vә daxili
yoxlanılması 7.6-cı Maddә (ISO9001: 1994-dә 4.9 vә 4.1 1-ci maddәlәr) çәrçivәsindә hәyata ke -
çirilir. Qurum tәrәfindәn yaradılan proqram mühitindә qeydlәr әtraflı şәkildә izlәnilә bilәr vә isti -
fadәçilәr mütәmadi olaraq kalibrlәmә nәticәlәri barәdә mәlumatlandırıla bilәrlәr.
Açar sözlər
sәhiyyә müәssisәsi, kalibrasiya, kalibrlәmә prosesi, biotibbi cihazlar, sәhiyyә xid - mәtlәri.
Müəlliflər
Qadir Qafarov
DOİ: 10.30546/2706-7858.2025.2.072
Nəşr edilib: 2025-06-12, 20:00
Paylaş: