Arxiv
Dövlət maliyyə nəzarətinin hüquqi tənzimlənməsinin büdcə gəlirlərinin artırılmasına təsiri
Dövlət maliyyə nəzarətinin hüquqi tənzimlənməsinin büdcə gəlirlərinin artırılmasına təsiri
"Peşə təhsili və insan kapitalı" jurnalı 2025, №3
Məqalə faylını yüklə
PDF
İcmal
Mәqalәdә dövlәt maliyyә nәzarәtinin hüquqi tәnzimlәnmәsinin büdcә gәlirlәrinin artırılmasında rolu vә әhәmiyyәti tәdqiq edilir. Dövlәt maliyyә nәzarәtinin mahiyyәti, formaları, hüquqi әsasları vә büdcә gәlirlәrinin formalaşmasına tәsir mexanizmlәri araşdırılır. Mövcud qanun vericilik bazasının tәkmillәşdirilmәsi, nәzarәt orqanlarının fәaliyyәtinin sәmәrәliliyinin artırılması, şәffaflığın vә hesabatlılığın güclәndirilmәsi yolu ilә büdcә gәlirlәrinin artırılması istiqamәtindә tәklif vә tövsiyәlәr irәli sürülür. Mәqalәdә, hәmçinin beynәlxalq tәcrübәyә nәzәr salınır, inkişaf etmiş ölkәlәrin dövlәt maliyyә nәzarәti sahәsindә uğurlu modellәri tәhlil edilir vә Azәrbaycan üçün uyğun nәticәlәr çıxarılır. Tәdqiqatda dövlәt maliyyә nәzarәtinin güclәndirilmәsinin vergi vә qeyri-vergi daxilolmalarının artırılmasına, büdcә vәsaitlәrindәn sәmәrәli istifadәnin tәmin edilmәsinә vә iqtisadi intizamın möhkәmlәndirilmәsinә müsbәt tәsirlәri elmi dәlillәrlә әsaslandırılır.
Açar sözlər
dövlәt maliyyә nәzarәti, hüquqi tәnzimlәnmә, büdcә gәlirlәri, maliyyә intizamı, vergi nәzarәti, audit, beynәlxalq tәcrübә, qanunvericilik
Müəlliflər
Orxan Vәliyev
DOİ: 10.30546/2706-7858.2025.3.1035
Nəşr edilib: 2025-09-25, 20:00
Paylaş: