Arxiv
Gələcək Müəllimlərdə Humanist Dəyərlərin Formalaşdırılması İşinin Pedoqoji-Psixoloji Şərtləri
Gələcək Müəllimlərdə Humanist Dəyərlərin Formalaşdırılması İşinin Pedoqoji-Psixoloji Şərtləri
"Peşə təhsili və insan kapitalı" jurnalı 2024, №1
Məqalə faylını yüklə
PDF
İcmal
Müasir təhsil və kurikulumlarda təkcə akademik nailiyyətlərin deyil, həm də tələbələrin fərdi inkişafının, empatiya, məsuliyyət hissi və əməkdaşlıq kimi insani dəyərlərin vurğulanması getdikcə daha çox əhəmiyyət kəsb etməkdədir. Bu məqsədlə tədqiqat işində gələcək müəllimlərin insani dəyərlərin formalaşmasında əhəmiyyəti araşdırılıb. Eyni zamanda müəllimlik yolunda irəliləməyə başlayan gələcək müəllimlərin fərdiliyə hörmət, empatiya və anlayış, tələbə mərkəzli yanaşma, məsuliyyət və müstəqillik, müsbət ünsiyyət, müxtəlifliyə hörmət və həssaslıq, davamlı peşəkar inkişaf kimi əsas başlıqlar altında insani dəyərlərə diqqət yetirmələri təklif edilir. Bu təkliflər gələcək müəllimlərə yalnız bilikləri çatdırmaqda deyil, həm də təhsilalanlara insani dəyərləri mənimsətməkdə də kömək edə bilər. Bu, tələbələrə yalnız akademik nailiyyətlərə yiyələnməklə deyil, həm də etik dəyərləri və sosial bacarıqları inkişaf etdirməyə də imkan verir.
Açar sözlər
psixoloji şərtlər, humanist dəyərlər, təhsil, pedaqogika.
Müəlliflər
Lalə Məmmədova
DOİ:
Nəşr edilib: 2024-04-21, 20:00
Paylaş: