Arxiv
Sahibkarlıq fəaliyyətinin kreditləşməsi sahəsində beynəlxalq təcrübə
Sahibkarlıq fəaliyyətinin kreditləşməsi sahəsində beynəlxalq təcrübə
"Peşə təhsili və insan kapitalı" jurnalı 2025, №4
Məqalə faylını yüklə
PDF
İcmal
Məqalədə ABŞ və Avropa ölkələrində sahibkarlığın kreditləşməsi təcrübələri müqayisəli və sistemli şəkildə təqdim edilərək ənənəvi bank kreditləri, dövlət zəmanətli proqramlar, icma maliyyə institutları və fintech əsaslı rəqəmsal platformaların KOB-ların maliyyələşməsindəki rolları təhlil olunur. ABŞ kontekstində Kiçik Biznes Administrasiyasının (SBA) 7(a), 504 və mikrokredit proqramları ilə banklar arasındakı risk paylaşımı mexanizmləri izah edilir, eləcə də CDFI və kredit reytinqi sistemlərinin regionların inkişafına töhfəsi vurğulanır. Avropada isə EU tənzimləmə çərçivəsi, COSME, EaSI və InnovFin kimi zəmanət proqramları, Avropa İnvestisiya Bankı və Avropa İnvestisiya Fondu vasitəsilə kreditlərin strukturlaşdırılması göstərilir. Böyük Britaniya, Almaniya (KfW), Fransa (Bpifrance) və İtaliya təcrübələri milli model və regional strategiyalara görə müqayisə edilir. Həm ABŞ-da, həm Avropada açıq bankçılıq (open banking), AI və “big data” əsasında kredit skorlama modelləri ilə rəqəmsal kredit platformalarının KOB-ların əlçatanlığının artırdığı qeyd olunur. Tədqiqat, həmçinin 2008-ci ilin maliyyə böhranı və COVID-19 dövrlərində tətbiq edilmiş dövlət müdaxilələrinin, zəmanət paketlərinin və çevik idarəetmə mexanizmlərinin bazar sabitliyində həlledici rolunu göstərir. Nəticə etibarilə uğurlu kreditləşmə modelinin əsas kompo nentləri dövlət-özəl tərəfdaşlığı, zəmanət mexanizmləri və rəqəmsal infrastrukturun sintezidir. Azər baycan üçün tövsiyə edilən əsas istiqamətlər regional zəmanət fondlarının yaradılması, rəqəmsal kredit platformalarının tətbiqi və beynəlxalq institutlarla əməkdaşlığın gücləndirilməsidir.
Açar sözlər
kiçik və orta biznes (KOB) kreditləşməsi, SBA zəmanət proqramları, Avropa İnvestisiya Bankı (AİB), Fintech, peer-to-peer (P2P) kreditləşməsi, açıq bankçılıq, zəmanət fondları, böhran dövrləri siyasəti, regional inkişaf bankları
Müəlliflər
Səkinə Hacıyeva, Səyyar Hüseynov
DOİ: 10.30546/2706-7858.2025.4.049
Nəşr edilib: 2025-12-07, 20:00
Paylaş: