İcmal
Ölkənin ərzaq təhlükəsizliyinin strateji məqsədlərinin və əsas hədəflərinin reallaşdırılması ərzaq təminatı sisteminin elementlərinin, o cümlədən istehsal, istehlak və bütövlükdə təchizat zənciri həlqələrinin effektivlik meyarları ilə xarakterizə olunur. Aqrar ərzaq təminatının səmərəlilik meyarı, bütün istehsal və istehlak amillərinin təsiri nəticəsində formalaşır. Aqrar sahədə istehsalın həcmi mövcud ehtiyatların rasional istifadəsindən, istehlakın səviyyəsi isə ilk növbədə, təklif olunan məhsulların həcmindən, qiymətlərin dəyişmə meylindən və istehlakçıların alıcılıq qabiliyyətindən asılı olur. Eyni zamanda aqrar ərzaq təminatı sistemi torpaq, əmək və kapitaldan səmərəli istifadə əsasında ölkənin tələbatının ödənilməsi meyarı kimi digər amillərin birgə təsiri ilə formalaşır. Ona görə ölkənin ərzaq təminatının səmərəlilik meyarlarının qiymətləndirilməsi vacib məsələlərdən biri kimi özünü göstərir.
Açar sözlər
ərzaq təhlükəsizliyi, ərzaq təminatı, təchizat zənciri, tələb, təklif, səmərə
DOİ: 10.30546/2706-7858.2025.4.027
Nəşr edilib: 2025-12-07, 20:00